[:az]Aksiya keçirən sahibkarların polisə aparıldığı deyilir[:]

tərəfindən Gozetci

[:az]Bu gün, martın 17-də açlıq aksiyası keçirdiklərini açıqlayan sahibkarların polisə aparıldığı bildirilir.

“Turan” agentliyinin xəbərinə görə, 11 sahibkar Binəqədi Rayon Polis İdarəsinə aparılıb.

Sumqayıtda yeni dənizkənarı bulvarın tikintisində iştirak etdiklərini deyən həmin sahibkarlar martın 15-dən Bakının Binəqədi rayonunda aclıq aksiyasına başladıqlarını açıqlamışdılar.

Onlar bulvar tikintisinə görə, pullarının bir hissəsini ala bilmədiklərini iddia edirdilər.

Xəbərdə bildirildiyinə görə, iş adamları sonradan polis idarəsindən buraxılıblar. Bununla belə onlara aclıq aksiyasının keçirlməsinin qadağa edildiyi söylənir.

Ancaq bu deyilənləri, hələlik, Binəqdi Rayon Polis İdarəsindən dəqiqləşdirmək mümkün olmayıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az