[:az]Məhkəmə bloklanmış saytın şikayətini rədd edib[:]

tərəfindən Gozetci

[:az]Bakı Apellyasiya Məhkəməsi də infoaz.org saytının Azərbycan daxilində blok edilməsinə haqq qazandırıb.

Bu haqda Azadlıq Radiosuna saytın vəkili Zibeydə Sadıqova məlumat verib.

Onun bildirdiyinə görə, infoaz.org xəbər saytının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddiası üzrə 1 saylı İqtisadi-İnzibati Məhkəməsinin çıxardığı qərardan verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Vəkil vurğulayıb ki,hakim Ülvü Mayılovun sədrlik etdiyi məhkəmə kollegiyası martın 16-da şikayəti təmin etməyib. Məhkəmənin saytın blok edilməsindən ötrü yetərli arqumentlərin olmasını əsas gətirərək şikayəti geri çevirdiyi bildirilir.

Vəkilin sözlərinə görə, iş üzrə ölkə daxilində müdafiə vasitələrini keçib, Avropa İnsan hüquqları Məhkəməsinə şikayət edəcəklər.

İnfoaz.org xəbər saytıdır. Ona ölkə ərazisindən girişin ötən il avqustun 19-dan blok qoyulduğu bildirilir. Saytın rəhbəri Namiq Cəfərli elə həmin gün Baş Prokurorluğa da dəvət edilmişdi.

«Baş Prokurorluğa dəvət olunmağım prezidentin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov barədə yazdığım müəllif yazısı ilə bağlı idi», – Baş Prokurorluqdan çıxdıqdan sonra N.Cəfərli belə demişdi.

«Əli Həsənov Prezident Administrasiyası uğrunda gedən savaşdan qalib çıxa biləcəkmi?» sərlövhəli yazıda iddia edilirdi ki, hakimiyyət daxilində bəzi qüvvələrin bir-biri ilə kəskin mübarizəsi gedir.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az