[:az]Müsavatçı polisə çağırıldığını deyir[:]

tərəfindən Gozetci

[:az]Müsavat Partiyasının üzvü Sevda Laçınlı fevralın 24-də Abşeron Rayon Polis İdarısinə çağırıldığını bildirir.

S. Laçınlının deməsinə görə, sahə müvəkkili evinə gələrək onun idarəyə getməsini istəyib.

Sevda Laçınlı vurğulayır ki, onu idardə rəis müavini qəbul edib və 2 saatdan çox dindirib:

“Təsəvvür edin ki, danışıq zamanı bir neçə dəfə telefonuna zəng gəldi, məni otaqdan çıxartdı, sonra yenidən qaytarıb təzyiqdolu suallarını verdi”.

Sevda Laçınlının iddasına görə, rəis müavini ona daha çox “Facebook” sosial şəbəkəsəindəki statuslarına görə, suallar verib və daha yazmamağı tələb edib:

“Mənə dedi ki, bəsdir hökimətin əleyhinə yazdığın. Cavab verdim ki, özüm daxil ailımizdə heç kim işləmir. Nədən razı qalmalıyam ki? Ardınca davam etdim ki, niyə yazmamalıyam, İlham Əliyev demirmi ki, ölkədə azad söz, azad ifadə təmin olunub? Beləcə 2 saat yarım rəis müavini dedi, mən cavab verdim…”.

Müsavatçının bu dediklərinə, hələlik, nə Abşeron Rayon Polis İdarısindən, nə də Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olub.

Son vaxtlar bir çox müxalifətçilər sosial şəbəkələrdə yazılarına görə, polisə çağırıldıqlarını deyiblər. Amma hüquq mühafizə orqanları bu deyilənlərə münasibət bildirmirlər.Prezident İlham Əliyev isə çıxışlarında bildirir ki, Azərbaycanda internet azaddır, fundamental azadlıqlar qorunur.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az