[:az]Məhkəmə Aslan İsmayılovu təqsirləndirilən şəxs qismində tanıyıb[:]

tərəfindən Gozetci

[:az]Hüquqşünas Aslan İsmayılov xüsusi ittiham qaydasında məhkəməyə cəlb edilib və təqsirləndirilən şəxs qismində tanınıb. Bu barədə fevralın 1-də Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyev qərar qəbul edib.

A.İsmayılovu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev məhkəməyə verib. O, hüquqşünasın Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyir.

Fevralın 1-də A.İsmayılov polis vasitəsilə məhkəməyə gətirilib. Hüquqşünas bildirib ki, onu ofisindən gəlib götürüblər. A.İsmayılova dəstək məqsədilə onlarla insan məhkəmənin qarşısına gəlsə də prosesə buraxılmayıb. Hamıya bildirilib ki, məhkəmə zalında yer yoxdur.

Məhkəmənin önündə xeyli polis olub. Onlar adamlara məhkəmənin binası qarşısında dayanmağa icazə verməyiblər.

Hazırlıq iclasında H.Hacıyev özü də iştirak edib. O, A.İsmayılovun prezident və ailəsini, məmurları təhqir etdiyini söyləyib. H.Hacıyevin iddiasına görə, A.İsmayılov sosial şəbəkələrdə onu “canlı” adlandırmaqla təhqir edib, başqalarını şantaj edib pul aldığını deməklə böhtan atıb.

A.İsmayılov isə H.Hacıyevin iddiasının əsassız olduğunu bildirib və onun icraata götürülməməsini istəyib.

Ancaq hakim A.Tağıyev hazırlıq iclasının yekununda fərqli qərar çıxarıb, iddia icraata götürülüb, A.İsmayılov təqsirləndirilən şəxs qismində tanınıb.

Məhkəmə baxışı fevralın 7-nə təyin edilib.

A.İsmayılov hesab edir ki, onun cəzalandırılması sifarişdir və H.Hacıyevdən, sadəcə, vasitə kimi istifadə olunur. Cəzalandırılmasına səbəb isə Milli Onkologiya Mərkəzində korrupsiya halları, apteklərdə psixotrop tərkibli dərmanların reseptsiz satılması və s. haqda yaydığı materiallardır.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az