[:az]Ailəsinə Əziz Orucovla açıq görüş verilmədiyi deyilir[:]

tərəfindən Gozetci

[:az]«Kanal 13» internet televiziyasının həbsdəki icraçı direktoru Əziz Orucova yaxınları ilə birbaşa görüşə icazə verilmədiyi bildirilir.

Bu haqda jurnalistin vəkili Cavad Cavadov  bildirib.

Vəkilin deməsinə görə, Ə.Orucov barəsində məhkəmə hökmünün verilməsindən iki aya yaxın vaxt ötsə də doğmaları onunla birbaşa görüşə bilməyiblər. Həyat yoldaşı, digər ailə üzvlərinin onunla yalnız şüşə arakəsmə qarşısında danışa bildiyi vurğulanır.

Vəkili hesab edir ki, bu, qanunvericiliyə, özəlliklə Əsas İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasına ziddir. Onun sözlərinə görə, istintaq və məhkəmə davam edən müddətdə görüşlər arakəsmələr qarşısında keçirilir.

“Ancaq indi Əziz Orucov məhkumdur. Qaydalara əsasən, ona açıq görüş imkanı yaradılmalıdır”, – deyən vəkil jurnalistin hüquqlarının məhdudlaşdırılmasının aradan qaldırılmasından ötrü gərəkli addımların atıldığını ifadə edib.

Onun sözlərinə görə, aidiyyatı olan qurumlara rəsmi müraciət göndərilib.

Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Ə.Orucov ötən il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Birinci instansiya məhkəməsi Ə.Orucova 6 il həbs cəzası verib. Həmin hökmdən apellyasiya şikayəti verilib.

Şikayət üzrə məhkəmə baxışı fevralın 6-da Bakı Apellyasiya Məhkəməsində başlayacaq.

Məhkəmədən jurnalist barəsində bəraət hökmünün çıxarılması istənilib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az