[:az]Əvəz Zeynallı Mehman Əliyevin müsahibəsinə görə Baş Prokurorluğa çağırılıb[:]

tərəfindən Gozetci

[:az]“Xural” onlayn-nəşrinin redaktoru və “Qaynar qazan” verilişinin aparıcısı Əvəz Zeynallı Turan agentliyinin direktoru Mehman Əliyevin bu nəşrə müsahibə verməsilə əlaqədar yanvarın 26-da Baş Prokurorluğa çağırılıb.

M.Əliyev etibarlı mənbələrə istinadən bildirib ki, bu ilin avqustunda vergidən yayınmaq ittihamı ilə həbs olunmasının təşəbbüsçüsü prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və baş prokuror Zakir Qaralov olub.

“Onlar prezidentə müraciət edərək mənim həbsimin vacibliyini bildiriblər və bunu 2018-ci ildə hakimiyyətə təhlükə törədə bilməyimlə izah ediblər”, M.Əliyev vurğulayıb.

M.Əliyev bu barədə ilk dəfə dekabrın 13-də Sevinc Osmanqızının onlayn verilişinə müsahibəsində bildirib. Həmin müsahibədə Əli Həsənovun adı çəkilib, Z.Qaralovun yox. Bir ay yarım əzrində Ə.Həsənov bu faktı təkzib etməyib.

Turanın direktoru üçün həbs sanksiyası avqustun 24-də 38 min manat məbləğində vergidən yayınmaya dair saxta ittiham əsasında verilib. İşi Vergilər Nazirliyi və Baş Prokurorluq aparıb. Ə.Həsənov və prokurorluq bəyanat veriblər ki, iş siyasi xarakter daşımır.

Ancaq oktyabrın 11-də M.Əliyev azadlığa buraxılıb. Vergilər Nazirliyi sentyabrın 30-da cinayət işinə xitam verib.Noyabrın 2-də baş prokurorun birinci müavini Rüstəm Usubov cinayət işinin bağlanması barədə Vergilər Nazirliyinin qərarının Baş Prokurorluq tərəfindən təsdiqlənməsinə dair sənədi öz kabinetində şəxsən Mehman Əliyevə təqdim edib.

38 min manat məbləğində vergidən yayınma ittihamı ləğv edilib və qanunsuz olması məhkəmə qaydasında təsdiqlənib.

Bu hadisələr, işin sifarişli və siyasi olduğunu göstərdi.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az