[:az]Azərbaycan İnsan Azadlığı İndeksi üzrə 128-cidir[:]

tərəfindən Gozetci

[:az]İsveçrə dünyada ən azad ölkədir, İnsan Azadlığı İndeksində Honq Konqu sıxışdıraraq ikinci yerə salıb. Yanvarın 25-də açıqlanmış hesabatda belə deyilir.

Birləşmiş Ştatlar 24-cü yerdən 17-ci yerə yüksəlib.

Hesabatı Cato İnstitutu, Fraser İnstitutu, Friedrich Naumann Azadlıq Fondunun the Liberales İnstitutu birgə dərc edir.

Bu indeks 159 ölkə və yurisdiksiyada fərdi, mülki və iqtisadi azadlıqların 79 indikatoru üzrə dəyərləndirmə aparır.

Azərbaycan 6,12 balla 128-cidir.

Azərbaycanda hüququn aliliyi 4,20, təhlükəsizlik 8,86, hərəkət azadlığı 5, din azadlığı 2,50, birləşmə azadlığı 3,13, ifadə və informasiya azadlığı 5,27, münasibətlər 8,33, hökumətin ölçüsü 5,19, hüquqi sistem və mülkiyyət hüquqları 5,95, möhkəm valyuta 7,45, beynəlxalq ticarət azadlığı 7,07, tənzimləmə 7,08 balla dəyərləndirilib.

Qonşulardan Gürcüstan 40, Ermənistan 54, Rusiya 126, Türkiyə 84, İran 154-cü yeri tutub.

Qeyd edək ki, hakimiyyət təmsilçiləri ölkədə təməl insan haqlarının tam təmin olunduğunu bildirir, beynəlxalq qurumlarının bu yöndə tənqidlərini qətiyyətlə rədd edirlər.

2015-ci ildə 159 ölkə üzrə orta bal 6,93 olub. Azadlıqlar 0-10 bal arası dəyərləndirilir, 10 ən böyük azadlıq deməkdir. 2014-cü illə müqayisədə azadlığın səviyyəsinin azacıq (−0.05) azaldığı bildirilir.

İlk 10 yeri İsveçrə, Honq Konq, Yeni Zelandiya, İrlandiya, Avstraliya, Finlandiya, Norveç, Danimarka, Niderland və Böyük Britaniya tutub.

Qərbi Avropa, Şimali Avropa və Şimali Amerika azadlığın ən çox bərqərar olduğu regionlardır. Ən aşağı səviyyə Yaxın Şərq və Şimali Afrika, Şərqi Avropa (Moldova, Rusiya, Ukrayna), Cənubi Asiya və Saharaaltı Afrikada qeydə alınıb.

Qadınlarla bağlı azadlıqlar ən çox Avropa regionlarında və Şimali Amerikada, ən az isə Yaxın Şərq və Şimali Afrika, Cənubi Asiya və Saharaaltı Afrikada qorunur.

Azadlığın yüksək səviyyədə olduğu ölkələrdə adambaşına düşən gəlir 38 min 871 dollar, az olanlarda isə 10 min 346 dollardır.

İnsan Azadlığı İndeksi insan azadlığı ilə demokratiya arasında güclü əlaqə olduğunu aşkarlayıb. Honq Konq bu mənada istisna sayılır.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az