[:az]Dunja Mijatovic Avropa Şurasının insan haqları komissarı oldu[:]

tərəfindən Gozetci

[:az]Avropa Şurası Parlament Assambleyası bosniyalı Dunja Mijatovic-i Avropa Şurasının insan haqları üzrə yeni komissarı seçib.

Mijatovic aprelin 1-dən başlayaraq altı il ərzində bu postu tutacaq. Ondan əvvəl komissar latviyalı Nils Muiznieks idi.

AŞPA-da səsvermənin ikinci raundunda Mijatovic 107, fransalı Pierre-Yves Le Borgn’ 103, Sloveniyadan Goran Klemencic 19 səs toplayıb.

Mijatovic 2010-2017-ci illərdə ATƏT-in mətbuat azadlığı üzrə təmsilçisi idi. Daha öncə isə Bosniya və Herseqovinanın Kommunikasiyaların Tənzimlənməsi Agentliyində yayım direktoru vəzifəsində çalışıb.

Avropa Şurası İnsan Haqları Komissarlığını 1999-cu ildə müstəqil və tərəfsiz qurum kimi yaradıb. Məqsəd Avropa Şurasının 47 üzv ölkəsində insan haqlarıyla bağlı maarifləndirmə və sayqını artırmaqdır.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az