[:az]AİHM 12 nəfər Azərbaycan vətəndaşının şikayətini araşdırmağa başlayıb[:]

tərəfindən Gozetci

[:az]Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 12 nəfər Azərbaycan vətəndaşının şikayətini araşdırmağa başlayıb. Məlumata görə, şikayətlərdə Azərbaycanda mülkiyyət, ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğu iddia edilir.

Ərizəçilər Məhəmməd Böyükkişiyev, Namiq Rüstəmov, Azad Abbasov, Akif

Abbasov, Novruzəli Rəhimov “CIN-TELEKOM” şirkətinin hərəkətindən şikayət ediblər. Onlar yerli məhkəmədə öz hüquqlarının bərpasına nail ola bilməyiblər.

Şikayətçilərin arasında Əliyevlər ailəsi də var – Həsənəli, Rüxsarə, Anar, Emin və Rəmzi. Ailə başçısı H. Əliyev təqaüddə olan hərbi qulluqçudur. O 1973-cü ildən 1992-ci ilədək orduda xidmət edib. 1984-cü ildə H.Əliyevə Naxçıvandakı hərbi yaşayış məntəqəsində mənzil verilib. Ancaq 2010-cu ildə yerli məhkəmə Müdafiə Nazirliyinin iddiası əsasında ailəni mənzildən çıxarıb. Yuxarı məhkəmələr həmin qərarı qüvvədə saxlayıblar.

Əliyevlər ailəsi 1-ci maddə (mülkiyyət hüququ) üzrə hüquqlarının pozulmasından şikayət edir.

Digər şikayətçi Yelena Berezinskaya isə sahibi olduğu üçotaqlı mənzillə bağlı mülkiyyət hüququnun pozulduğundan şikayət edib.

AİHM şikayətlərlə bağlı Azərbaycan hökumətinə aydınlaşdırıcı suallar göndərib. Suallara 3 ay ərzində cavab verilməlidir.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az