[:az]2018-ci ildə korrupsiyaya görə ən çox daxili işlər orqanlarından şikayət edilib[:]

tərəfindən Gozetci

[:az]Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin qaynar xəttinə il ərzində 8 mindən çox müraciət daxil olub

Korrupsiya faktlarına görə 2018-ci ildə əhalinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161 – Qaynar xətti”nə ən çox şikayət etdiyi dövlət strukturu daxili işlər orqanları olub.

İl ərzində bu müraciətlərin sayı 757 olub.

“Report” saytının məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub.

Baş İdarə tərəfindən vətəndaşların 8058 müraciətinə, o cümlədən, 4204 ərizə, şikayətinə baxılıb. Eyni zamanda, Baş İdarədə fəaliyyət göstərən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olan 3854 müraciətə baxılıb. Həmin müraciətlərdən 3442-si ilkin, 412-si isə təkrar olub.

Dərc olunan siyahıda, daxili işlər orqanından başqa ilk üçlüyə səhiyyə sahəsi (484 müraciət) və sosial müdafiə sahəsi (429 daxildir).

 

MEYDAN TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az