Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, siyasi məhbus Bəşir Süleymanlı həbsdə üzləşdiyi problemlərlə bağlı yaxınları vasitəsi ilə media üçün açıqlama yayıb

tərəfindən Gozetci

Bəşir Süleymanlı

 

Bəşir Süleymanlı iyulun 16-da həbs müddətinin uzadılması ilə bağlı verilən apelyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Əliyevdən şikayətçidir.

O, bildirib ki, məhkəmə iclası başlayandan bitənə qədər hakim onunla aqressiv davranıb, bir neçə dəfə sözünü kəsərək çıxış etməsinə şərait yaratmayıb:

“Hakim aqressiv davranaraq bir neçə dəfə sözümü kəsərək çıxışıma imkan vermədi. Bu ifadə azadlığımın və özünü müdafiə etmək hüququmun kobud şəkildə pozulmasıdır”.

Bəşir Süleymanlı hakimin bu davranışından və onun barəsində tədbir görülməsi üçün Məhkəmə Hüquq Şurasına və Ombudsman Aparatına şikayət edəcəyini deyib.

Bəşir Süleymanlı məhkəmələrdə məhbusların saxlanılması üçün normal şəraitin olmadığını da qeyd edib:

“Məhkəməyə aparılanda saatlarla orada məhkumlar üçün nəzərdə tutulan otaqda saxlanırıq. 40-50 nəfər, o cümlədən müxtəlif xəstəliklərdən əziyyət çəkən məhbuslar 2-3 saat bir otaqda saxlanılır. Bu da normal şəraiti olmayan həmin yerlərdə bəzi problemlər yaradır”.

Hüquq müdafiəçisi onu da əlavə edib ki, istintaq təcridxanasında ona göndərilən bəzi ərzaq, qida məsullarının və əşyaların ona verilməsində də problemlərlə üzləşir:

“Mənə göndərilən süd məhsullarının saxlandığı qabların qapağı açılmış şəkildə mənə təqdim edilir. Belə olan halda həmin məhsullar tez bir zamanda yararsız hala düşür, ondan istifadə edə bilmirik və onları atmağa məcbur oluruq”.

Bəşir Süleymanlı deyib ki, bəzi ərzaq və qida məhsularının məhkumlara verilməsi qadağan olunmasa da, onlara verilmir:

“Məsələn, göndərilən kofe mənə verilmir”.

Bəşir Süleymanlı ona göndərilən kitabların da ona verilmədiyini bildirib.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az