Həbsdə olan xanım jurnalistlər aclıq aksiyasına başlayıblar

tərəfindən Gozetci

Nərgiz Absalamova, Sevinc Vaqifqızı və Elnarə Qasımova

 

“Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) və əməkdaşları Elnarə Qasımova ilə Nərgiz Absalamova 2 gündür aclıq edirlər.

Bu barədə onların yaxınları məlumat verib.

Bildirilib ki, jurnalistlər bu qərarı Bakı İstintaq Təcridxanasından Umbakı qəsəbəsindəki Penitensiar Kompleksə köçürüldükdən sonra aclıq aksiyasına başlayan “Abzas Media”nın direktoru Ülvi Həsənliyə dəstək olaraq veriblər.

“Ülvi Həsənlinin qanunsuz olaraq Umbakı həbsxanasına köçürülməsinə etiraz edirlər, onun Bakı İstintaq Təcridxanasına geri qaytarılmasını tələb edirlər. Onlar aclıq aksiyasına başlayan kimi təkadamlıq kameralara köçürülüblər və əşyaları zorla əllərindən alınıb”.

Yaxınları deyir ki, jurnalistlər Sevinc Vaqifqızı və Elnarə Qasımova aclıq aksiyası ilə bağlı telefon zəngində ailələrinə məlumat verən zaman əlaqə kəsilib.

Azadlıq qəzeti

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az