45
“Abzas Media işi” üzrə həbs olunan jurnalist Nərgiz Absalamovanın həbsinin ikinci dəfə uzadılmasından verilən apellyasiya şikayəti təmin edilməyib.
Abzas Media-ya bu barədə onun vəkili Rövşanə Rəhimli məlumat verib. Vəkil bildirib ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə həbsin uzadılması ilə bağlı Xətai rayon Məhkəməsinin 25 may tarixli qərarı qüvvədə saxlanılıb.
Mayın 25-də Absalamovanın istintaq dövrü üçün həbs müddəti daha 22 gün uzadılıb. Bundan əvvəl fevralın 24-də onun həbs müddəti 3 ay artırılmışdı.
Nərgiz Absalamova ötən il noyabrın 30-da “Abzas Media işi” üzrə ikinci dəfə Bakı Şəhər Baş Polis İdarəsinə dindiriləndən sonra saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan bu müddət 2 dəfə uzadılıb.