87
Samir Babayev
Yanvarın 13-də 1 saylı Bakı İstintaq Təcridxanasından 2 saylı cəzaçəkmə müəsisəsinə köçürülən siyasi məhbus Samir Babayev aclıq aksiyasiyasına başlayıb.
Bu barədə Samir Babayevin ailəsi məlumat verərək bildirib ki, müəsisəyə köçürülən andan cərimə karserinə salınan Samir aclıq aksiyasını davam etdirir. Onun bu addım atmasına səbəb isə hakimiyyətin durmadan həbsləri davam etdirməsidir. Samir Babayev bununla günahsız insanların hakimiyyət tərəfindən şərlənərək həbs edilməsinə etirazını nümayiş etdirib. Onun karserə salınmasına səbəbi də məhz hələ 1 saylı İstintaq Təcridxanasından başlanan aclığının olması ehtimal olunur.
Məsələ ilə bağlı 2 saylı müəsisəsdən yalnız Samir Babayevin ailəsinə bildirilib ki, o, 14 gündən sonra ailəsinə zəng vura bilər və onlar bu müddətə qədər gözləməlidirlər. Ailə isə Samirin telefon zənginin belə qadağalanmasını onun aclıq aksiyasını zorla məhdudlaşdırma addımı kimi qiymətləndirir.
Xatırladaq ki, 2022-ci ilin dekabrında saxlanılan MBH fəali Samir Babayev barəsində narkotiklərlə bağlı ittiham irəli sürülmüşdü. 2023-cü il oktyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsi S. Babayevi müqəssir bilərək onu 4 il müddətinə azadlıqdan mərhum etmişdi. 2024-cü il yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi Samir Babayevin şikayətinə baxaraq onun cəzasından 1 ilini azaldaraq cəzanı 4 ildən 3 ilə endirmişdi
Müsəlman Birliyi Hərəkatı