Amnesty International Azərbaycanda müstəqil mediaya qarşı repressiyalardan narahatdır

tərəfindən Gozetci

Beynəlxalq insan haqları təşkilatı Amnesty International Azərbaycanda müstəqil mediaya qarşı repressiyaların artmasından narahatlığını bildirib. Qurum bu tendensiyanın son nümunəsi kimi Kanal-11 Youtube layihəsinin rəhbəri Teymur Kərimovun Bakıda həbsini göstərib.

“Teymur Kərimovun həbsi Azərbaycanda jurnalistlərə və digər tənqidi şəxslərə qarşı saxta ittihamların səsləndirilməsi ilə bağlı narahatedici tendensiyaya uyğundur. Noyabrın sonunda Abzas Media və Kanal-13 müstəqil resurslarının rəhbərlərinin həbsi ilə başlayan müstəqil mediaya qarşı repressiyaların kəskinləşməsinin şahidi oluruq”, – Amnesty International-ın Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalya Nozadze bildirib.

O, baş verənləri 2012-2015-ci illərdə vətəndaş cəmiyyəti və müstəqil mediaya qarşı repressiyalarla müqayisə edib.

Azərbaycan hakimiyyəti noyabr ayından başlayaraq ən azı altı jurnalisti həbs edib. Daha bir neçə jurnalist istintaqa  çağırılıb və bundan sonra bildirdilər ki, onları  tənqidi reportajlarını dayandırmasalar, təqib ilə hədələyiblər.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az