84
Hadisədə şübhəli bilinən şəxsin intihara cəhd etdiyi bildirilir
İyunun 20-də axşam saat 19.00 radələrində 20 yaşlı Leyla Hüseynli və onun 8 aylıq qızı öldürülüb. Hadisə Abşeron rayonunun Qobu qəsəbəsində baş verib.
Onları qətlə yetirməkdə şübhəli bilinən isə qadının həyat yoldaşı, 1993-cü il təvəllüdlü Fərid Hüseynlidir. Onun həyat yoldaşı və qızını bıçaqla vurandan sonra özünə də xəsarət yetirdiyi bildirilir. Bu barədə Abşeron rayon Prokurorluğu məlumat yayıb.
Leyla Hüseynli hadisə yerində ölüb, lakin qızı və həyat yoldaşı xəstəxanaya yerləşdirilib. Az sonra uşaq da həyatını itirib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanıb.
Meydan TV