Həbsdə olan ilahiyatçıların ailə üzvləri etiraz aksiyası keçirib

tərəfindən Gozetci

Foto: Turan

Mayın 26-da həbsdə olan inaclı fəalların bir qrup ailə üzvü Azərbaycan Prezident Admistrasiyasının binası qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları həbsdə olan yaxınlarının fotolarını qaldıraraq onların günahsız olduğunu bildirib.

Etiraz aksiyasının iştirakçılarından biri Amerikanın Səsinə bildirib ki, ailə üzvlərini narkotik ittihamı ilə saxlasalar da, istintaqda sorğu-suallar İranla bağlı olub və daha sonra yerli televiziya kanalları onları “İran casusu” kimi təqdim edib.

Polis aksiyaya müdaxilə etməyib. Ancaq aksiya iştirakçılarına etirzalarını bildirmək üçün Prezident Administrasiyasının qəbul şöbəsinə müraciət etmələrini məsləhət görüb. Daha sonra aksiya iştirakçıları avtobusa mindirilərək Prezident Administrasiyasının binasının qarşısından uzaqlaşdırılıb.

Xatırladaq ki, son aylarda Azərbaycanda İranla məxfi əməkdaşlıqda günahlandırılan çoxsaylı inanclı insan həbs edilib. Onların əksəriyyətinə sonradan narkotik ittihamı verilib.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az