Yanvar faciəsi şəhidlərinin ailə üzvləri onların hüquqlarının təmin olunmasını tələb edirlər

tərəfindən Gozetci

Mayın 25-də 20 yanvar şəhidlərinin ailə üzvlərinin hüquqlarını Müdafiə Cəmiyyəti Şəhidlər Xiyabanında etiraz aksiyası keçirərək dövlətin verdiyi vədin yerinə yetirilməsini tələb edib. 20 yanvar şəhidlərinin ailələrinin 40-a yaxın üzvü  Xiyabanda məzarlara gül dəstələri qoyub və bəyanatlarla çıxış edib.

Aksiyanın təşkilatçıları Prezident Administrasiyasının qəbul şöbəsinə getməyi planlaşdırıblar, lakin  iştirakçılar yaşlı və xəstə adamlar olduğundan aksiyanın davamından imtina etmək qərara alınıb. Prezident Administrasiyasının qəbul şöbəsi “Gənclik” metro stansiyasının yanında, Şəhidlər Xiyabanından uzaqda yerləşir.

Polis aksiyaya müdaxilə etməyib.

Cəmiyyətin sədri Maral Zamanova aksiya iştirakçılarının tələblərini Turan-a sadalayıb. Onlar hərbi qulluqçunun ölümünə görə 11 min manat sığorta məbləğinin birdəfəlik ödənilməsi (ödənilməmiş illərə görə kompensasiya ilə birlikdə (cəmi 30 min manat) barədə prezident fərmanının 20 yanvar şəhidlərinin ailə üzvlərinə şamil edilməsini  tələb edirlər.

Digər tələblər bunlardır: dərman və kommunal xidmətlərin bahalaşması nəzərə alınmaqla aylıq müavinətin 600 manatdan 1000 manata qədər artırılması;  bu kateqoriyadan olan adamları icbari tibbi sığorta üzrə müalicə edən özəl klinikaların hesabına tibb müəssisələrinin siyahısının genişləndirilməsi; ehtiyacı olan hər kəsə pulsuz mənzillərin verilməsi və pulsuz mənzil alanların belə mənzillərdə qeydiyyatı;  yanvar faciəsi şəhidlərinin ailə üzvlərinə xüsusi şəhadətnamələrin verilməsi; şəhidlərin xanımlarına (ərlərinə) və valideynlərinə  aylıq ödənişlər haqqında fərmanın (hazırda fərman qüvvədədir) şəhidlərin övladlarına şamil edilməsi, – Zamanova bildirib.

O hesab edir ki, dövlət idarələrində bu kateqoriyadan olan adamlara qayğı demək olar ki, yoxdur, “hazırda birinci yerdə İkinci Qarabağ Müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər durur. Bizə deyirlər ki, siz keçmişdə qaldınız” – təşkilatın sədri deyib.

“Prezident Heydər Əliyev bizimlə görüşüb, şəhidlərin məzarlarının yanında gəzdiyini gördük. İlham  Əliyev isə bizi bir dəfə də olsun qəbul etməyib”, – o əlavə edib.

Maral Zamanova və təşkilatın digər üzvləri bütün dövlət instansiyalarına yazılı müraciət ediblər. Mayın 25-də etiraz aksiyası zamanı cəmiyyətin fəalı Mariya Vəlixanova prezidenti və ya birinci vitse-prezidenti onları qəbul etməyə çağırıb. İndiyədək cəmiyyət yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən yazılı cavab alıb. Cavabda təşkilat üzvlərinin müraciətlərinə baxılacağı vəd edilib.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az