Anar Məmmədlinin heç bir vəsatəti təmin edilməyib

tərəfindən Gozetci

Anar Məmmədli


İyunun 30-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın (Abdullayev) işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyilə keçirilən prosesdə müdafiə tərəfi müxtəlif vəsatətlərlə çıxış edib.

Vəkillər qanunsuz olmasını əsas göstərərək kompüter və telefonlardan aşkar edildiyi bildirilən materialların sübutlar siyahısından çıxarılmasını istəyib.

Eyni zamanda, Anar Məmmədlinin cinayət işinə xitam verilməsi və ya onun ev dustaqlığına buraxılması ilə bağlı da vəsatətlər verilib.

Hakimlər heç bir vəsatəti təmin etməyiblər. Növbəti proses iyulun 7-i, saat 14:15-ə təyin olunub.

Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb.

O, Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq maddəsilə ittiham olunur.
Məmmədli özünü təqsirli saymır.
Onunla birlikdə ittiham olunan Anar Abdulla isə aprelin 8-də Məmmədliyə qarşı açılmış cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində tanınıb.
Ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, qaçaqmalçılıq, vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, qaçaqmalçılıq əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və  rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma maddələri ilə ittiham irəli sürülüb.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az