Sambo məşqi zamanı azyaşlı uşaq həyatını itirib

tərəfindən Gozetci

Sosial şəbəkələrdə sambo məşqində uşağın öldüyünü əks etdirən videogörüntülər yayılıb. Hadisə aprelin 30-da Sumqayıt şəhərinin 19 nömrəli tam orta məktəbinin idman zalında baş verib.

Məşqçi-müəllim Mehman Xəlilov bir qrup azyaşlı uşağa keçdiyi sambo məşqində 7 yaşlı uşağı saçından tutub sürüyərək, ona qarşı güc tətbiq edib. Xəlilov uşağı boynundan tutub qaldırdıqdan sonra uşaq yıxılıb və huşunu itirib. Xəlilov qrupdakı digər uşaqlara qarşı da güc tətbiq edib.

Elm və Təhsil Nazirliyinin hadisə ilə bağlı şərhində deyilir ki, aprelin 30-da Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbin idman zalında Avropa oyunlarının mükafatçısı, idman ustası, məşqçi-müəllim Mehman Xəlilov bir qrup uşaqla sambo məşqi keçib.

“2016-cı il təvəllüdlü uşaq olmasına baxmayaraq, Mehman Xəlilovun təşəbbüsü ilə qeydiyyatdan kənar məşqə cəlb edilib. Müşahidə kamerasının görüntüsünə əsasən məşqçi azyaşlıya qarşı kobud rəftar edib. Bir müddət sonra halı pisləşən azyaşlı xəstəxanaya aparılıb. Təəssüf ki, xəstəxanada azyaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb”, nazirlik bildirib.

Azərbaycan Cüdo Federasiyası bildirir ki, federasiya məşq zamanı məşqçilərin müvafiq təhlükəsizlik prosedurlara riayət etmələrinə və idmançıların təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm verir.

“Məşqlər zamanı azyaşlı uşaqların üzərində mürəkkəb fəndlərin göstərilməsi qəti qadağandır”, federasiyanın məlumatında deyilir.

Faktla bağlı hüquq-mühafizə orqanları Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açıb. Məhkəmə Mehman Xəlilov barəsində 4 ay həbs-qətimkan tədbiri seçib.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az