Fəallar “Bəxtiyar Hacıyevi azad et!” şüarı ilə aksiya keçirərək məhkəməyə etiraz edib, saxlananlar var

tərəfindən Gozetci

Fevralın 20-də Bakı Apellyasiya Məhkəməsi hakim Habil Məmmədovun sədrliyi ilə insan hüquqları fəalı Bəxtiyar Hacıyev barəsində Xətai rayon Məhkəməsinin həbs qətimkan tədbirnin ev dustaqlığı tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi qərarını qüvvədə saxlayıb.

Vəkil Rövşanə Rəhimli Amerikanın Səsinə deyib ki, Bəxtiyar Hacıyev məhkəmədə iştirak edib.

“Onun səhhəti çox ağırdır, kritikdir. Məhkəməyə gəlmək halında deyil və gəlmək istəməyib. Mülaicə müəssisəsində onu aldadıblar ki, vəkillərlə görüşə aparırlar. Ona zor tətbiq edərək məhbus daşıyan avtomobilə mindirblər. O, avtomobildə özünü çox pis hiss edib, öd qaytarıb. Bəxtiyar məhkəmədə çıxış edə bilmədi. Çünki danışmaq və ayaq üstə durmaq üçün taqəti yoxdur. Yalnız dedi ki, sonadək aclığı davam etdirəcək və şərlənərək həbs edilib”, vəkil qeyd edib.

Bu zaman məhkəmənin binası qarşısına toplaşan fəallar məhkəmənin qərarına etiraz olaraq “Bəxtiyar Hacıyevi azad et!” şüarı ilə aksiya keçirib. Polis aksiyanın qarşısını alıb. Fəallar Əli Məlikov, Nərminin Şahmarzadə, Afiəddin Məmmədov, Samir Sultanov və Nemət Abbasov polis tərəfindən saxlanılıb.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az