Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalına qarşı ittiham sərtləşdirilib

tərəfindən Gozetci

Xətai Rayon Məhkəməsi Nəsimi Payon Polis İdarəsinin əməkdaşı, serjant Seymur İmanovun Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Gülnarə Rəhimovaya qarşı xüsusi ittiham qaydasında şikayətini icraata qəbul edib.

Çərşənbə günü hazırlıq iclasında o, təqsirləndirilən şəxs qismində cəlb edilib. Bundan əlavə, ona qarşı ittihamı sərtləşdiriblər. Belə ki, Azərbaycan Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi 147.2-ci maddəyə (ağır cinayətin törədilməsi haqda böhtan) tövsif edilib ki, 3 ilədək azadlıqdan məhrumolunma təhlükəsi gözləyə  bilər.

148-ci maddə (təhqir) üzrə ittiham da qalır ki, bu, 6 aya qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.  ittihamı da qalır.

Şikayətin verilməsinə avqustun 11-də Rəhimovanın Facebook-da paylaşdığı yazı səbəb olub.

İyulun 20-də Nazirlər Kabinetinin binası qarşısında “Sərhədləri açın!” tələbilə keçirilən aksiyada Rəhimova saxlanılıb. Onun sözlərinə görə, onunla birlikdə  41-ci polis bölməsinə aparılan Əziz Məmiyevin orada döyülməsinin şahidi olub. Bütün bunlar barədə  öz səhifəsində yazıb, avqustun 11-də isə Məmiyevin döyülməsində iştirak edən serjant İmanovun fotosunu paylaşıb.

Bu gün Rəhimova bildirib ki, özünü günahkar saymır, çünki polis işçisini təhqir etməyib, onun fotosunu paylaşıb, Mamiyevi döyənlərin arasında olduğunu bildirib.

“Bu cinayət işi polisi qoruyur ki, o, ictimai qınaqlardan çəkinməsin”, – Rəhimova deyib. Növbəti iclas avqustun 30-da olacaq.

İddiaçı İmanovdan şərh almaq mümkün olmayıb.

Qeyd edək ki, Gülnarə Rəhimova etiraz aksiyalarında fəal iştirakı ilə tanınır. Buna görə  dəfələrlə həbsə və cərimələrə məruz qalıb.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az