Gəncə sakini birdəfəlik müavinəti ala bilməməsindən şikayətlənir

tərəfindən Gozetci

Gəncə şəhər, Əli Nəzmi küçəsi ev 143a da yaşayan Nərmin Əhmədova sosial təminat sahəsində son dövrlərdə aparılan elektronlaşma sisteminə görə problemlə üzləşib. O, bunu “Gözətçi”yə göndərdiyi şikayət məktubunda bildirib.

“Bildiyimiz kimi 2019-cu ilin əvvəlindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən pensiya təyinatı, o cümlədən uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı elektronlaşdırılıb. Mən də uşağın doğulmasına görə birdəfəlik müavinəti almaq üçün aidiyyatı üzrə Dövlət Sosial Müdafiə Fonduna müraciət etdim. Fonddan bildirdilər ki, məbləğ 2020-ci ilin dekabr ayından banka köçürülüb”, şikayətçi deyir.

Bundan sonra Nərmin Əhmədova Kapital banka müraciət edib. Ancaq oradan da məlumat veriblər ki, fond məbləği banka köçürməyib.

İki qrum arasında qalan N. Əhmədovanın şikayətlərinə isə cavab verən yoxdur.

Qeyd edək ki, Nərmin Əhmədovanın həyat yoldaşı Temur Əliyev II Qarabağ müharibəsi iştirakçısıdır.

Məsələ ilə bağlı DSMF-dən “Gözətçi”yə bildirildi ki, məbləğ 2020-ci ilin dekabrında banka köçürülüb.

Kapital Bankın Gəncə şəhər filialı ilə əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab verilmədi.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az