Bölgələrdə inanclı şəxslər həbs olunub

tərəfindən Gozetci

[:az]Hüquq müdafiəçisi Samirə Ağayeva facebookda paylaşdığı məlumata, əsasən,  müxtəlif rayon və şəhərlərdə  bir qrup şəxs avqustun 21 və 22-də inzibati qaydada həbs olunub.

Onun bildirdiyinə görə onların həbsinin səbəbi məscidlərin qapalı olmasına və Məhərrəm ayı mərasimlərinin keçirilməsi qadağasına etirazları olub.

Məlumatda deyilir ki, Şəmkir rayonundan olan Ayxan Camalov və Eldar Məmmədov 25 sutka müddətində inzibati qaydada həbs olunub.

“Bərdə rayonunda keçmiş siyasi məhbus Elşən Abbasov qısa söhbət üçün polis idarəsinə dəvət edilib, lakin ordan buraxılmayıb. Yaxınlarına deyilib ki, ona 30 sutka müddətinə inzibati qaydada həbs verilib. Elşən Abbasov Müsəlman Birliyi Hərəkatının üzvüdür və qısa müddət öncə həbsdən çıxıb.

Lənkəran rayonunda 8 nəfər polis idarəsinə aparılıb. Onlardan 7 nəfər həmin gün buraxılsa da, ilahiyyatçı seyid Cavid Miriyev 10 günlük inzibati həbs cəzası alıb.

Beyləqan rayonunda isə 20 nəfər inanclının saxlanıldığı, daha sonra cərimələnərək sərbəst buraxıldıqları diqqətə çatdırılır.

Gəncə şəhərində də 6 nəfərin Polis İdarəsində dindirildikləri və daha sonra sərbəst buraxıldıqları bildirilir.”[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az