[:az]İyulun 23-də Binəqədi rayon Məhkəməsının qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənov həbsinə etiraz olaraq saxlanıldığı gündən aclığa başlayıb. Bu barədə Elnur Həsənov özü Binəqədi rayonu ərazisində yerləşən Daxili İşlər Nazirliynin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsindən zəng edib ailəsinə bildirib.
Xəbəri AXCP yayıb.
Elnur Həsənov iyulun 14-dən 15-nə keçən gecə Tovuz rayonunda baş verən hadisələrlə bağlı Azərbaycan Ordusuna dəstək yürüşündə iştirak etdiyinə görə iyulun 21-də saxlanılaraq Baş Prokurorluğun İstintaq İdarəsində dindirildikdən sonra inzibati həbsə məhkum edilib.
Həsənovun aclıq etməsinə rəsmi qurumlar hələ münasibət bildirməyib.
AXCP-nin məlumatına görə, iyulun 14-də Azərbaycan Ordusuna dəstək məqsədi ilə keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə qaldılmış cinayət işi üzrə AXCP-nin 40 nəfərədək fəalı saxlanılıb.
“Onlardan 14 nəfərə qarşı ağır ittihamlar irəli sürülüb. 13 nəfər inzibati həbsədədir”, deyə məlumatda bildirilir.
AXCP sədri hesab edir ki, insanlar tamamilə günahsız olduqları halda həbs olunublar.
Turan[:]