[:az]Müxalifətyönlü “Azadlıq” qəzetinin direktoru və AXCP rəhbərinin köməkçisi Faiq Əmirli cümə axşamı Səbayel məhkəməsi tərəfindən 30 sutka həbs edilib.
O, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə karantin rejimini pozmaqda ittiham olunur. Bu barədə Turan-a müxalifətçinin ailə üzvləri məlumat veriblər.
Öz növbəsində partiyadan Turan-a bildiriblər ki, F.Əmirliyə qarşı ittihamlar cəfəngiyyatdır və həbsi onun siyasi fəaliyyəti ilə bağlıdır.
AXCP lideri Əli Kərimli Facebook səhifəsində yazıb ki, F.Əmirliyə uydurma ittihamla maksimum cəza verilub.
Aprelin 8-də F.Əmirli saxlandıqdan dərhal sonra onun mobil telefonunu götürüblər. Kimdə olduğu indiyədək məlum deyil.
“Dünya birliyinin tənqidinə baxmayaraq, hakimiyyət koronavirusla mübarizə bəhanəsilə müxalifətçi və özgəfikirliləri “ovlamağa” davam edir”, – Ə.Kərimli yazıb.
Turan[:]