[:az]Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti mətbuat konfransı keçirilib.
Musavat.com xəbər verir ki, mətbuat konfransında Operativ Qərərgah və polis adından “rəsmi məlumatlar”ın yayılması məsələsinə də aydınlıq gətirilib.
Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bir neçə gün əvvəl vətəndaşların şəxsi maşınlardan istifadəsinə qadağa qoyulması ilə bağlı yayılan rəsmi sənədin şaxta olduğunu bildirib.
Əziz Baqişov sosial şəbəkələrdə yanlış məlumat yayan 10 nəfər şəxsin həbs edildiyini, 18 nəfərə inzibati qaydada cərimə tətbiq edildiyini, 100-dən artıq şəxsə isə xəbərdarlıq edildiyini deyib.
Nazirlə Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov da yayılıb dezinformasiyalara inanmağa çağırıb:
“Hətta jurnalistlər arasında da bu cür dezinformasiya yayanlar var. Xahiş edirik ki, Nazirlər Kabinetinin rəsmi saytında olan məlumatlara istinad edilsin”.
Musavat[:]