[:az]Tofiq Yaqublunun ailə üzvləri onun səhhətilə bağlı narahatdır[:]

tərəfindən Gozetci

[:az]Şüvəlandakı 3 saylı istintaq təcridxanasında müxalifətçi siyasətçi Tofiq Yaqubluya paltar və dərman vasitələrinin çatdırılmasına imkan verilmir. Bu barədə Turan-a siyasətçinin qızı Nigar Həzi məlumat verib.

Onun sözlərinə görə, T.Yaqublu artıq bir aydır ki, eyni geyimdədir.

“Nə evdən ona zəruri əşyalar apara bilirik, nə də ki paltar. Ölkədə və həbsxanada karantin olduğunu bilirik. Amma adam bir ay eyni paltarda necə qala bilər? Özü də gigiyenanın bu qədər önəmli bir vaxtında. Atanın sağlığına görə narahat oluruq. Heç dərmanlarını da verə bilmirik. Qadağaları qoyanda hər şeyi nəzərə almaq lazımdır”, -N.Həzi bildirib.

Lakin Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov Y.Yaqubluya paltar verilməsinin qadağan olunması barədə məlumatı təkzib edib

“Penitensiar müəssisələrində karantin rejimi mövcuddur və sovqatların qəbulu və görüşlər müvəqqəti dayandırılıb. Eyni zamanda paltarın və dərmanların ötürülməsi ilə bağlı hər hansı bir problem yoxdur”, – M.Sadıqov deyib.

* Müsavat Partiyasının üzvü və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu martın 22-də xuliqanlıq və bədənə xəsarət yetirmək ittihamı ilə həbs edilib.

Həbs Azərbaycan prezidenti İlham Əliyevin müxalifətin ünvanına hədəli çıxışından  bir neçə gün sonra baş verib. T.Yaqublunu 7 ilədək həbs təhlükəsi gözləyir.

Xatırladaq ki, T.Yaqublunun “cinayət”i odur ki, onun park edilmiş avtomobilini başqa bir maşın vurub. Həmin avtomobildə olanlar T.Yaqubluya hücum ediblər, sonra da onun özünü günahlandırıblar.

Bir çox beynəlxalq təşkilatlar T.Yaqublunun həbsini pisləyərək hakimiyyəti dərhal onu azad etməyə çağırıblar.

Müxalifətçinin tərəfdarları əmindirlər ki, T.Yaqublunun həbsinin əsl səbəbi hakimiyyətin siyasətini kəskin tənqid etməsi və Facebook-dakı yazılarıdır.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az