[:az]“Azəryol Tikinti MMC-nin rəhbərliyi bizi 4 ay işlədib, pulumuzu vermir”
Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisini həyata keçirən işçilər Azəryol Tikinti MMC-nin rəhbərliyindən şikayət edir. Ramis Piriyev, Rüfət Manafov, Seymur İsmayılov və digər bir qrup vətəndaşın Gözətçiyə ünvanladığı şikayətdə bildirilir ki, onlar 4 ay Azəryol Tikinti MMC-də fəhlə, mühafizəçi və digər bir sıra vəzifələrdə işləyiblər. Lakin bu müddət ərzində əmək haqqlarını ala bilməyiblər:
“Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanova məxsus Azəryol Tikinti MMC-nin rəhbəri Azər Hüseynov 4 ay bizi qul kimi işlədib əmək haqqımızı vermədi. Bizi aldadıb aradan çıxdı. Həttda sonda bizə dedi ki, şikayət edəcəyiniz orqanlar məni müdafiə edəcəklər. Mənə pul verilmir deyə məndə sizə pul vermirəm.”
İşçilər bildirir ki, 4 ay ərzində qida ehtiyaclarını ərzaq dükanlarından borca götürdükləri qidalarla ödəyiblər. Əmək haqqlarını ala bilməmələri onları bu məsələdə daha da çıxılmaz vəziyyətə salıb. İşçilər şikayətləri ilə bağlı Qəbələ və Ağdaş rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etdiklərini amma bu müracətlərin heç bir nəticəsinin olmadığını qeyd edib[:]