92
[:az]Bakıdakı 1 saylı İstintaq Təcridxanasında avqustun 7-dən aclıq aksiyası keçirdiyi bildirilən reallıq.info saytının redaktoru İkram Rəhimovun vəziyyətinin pisləşdiyi söylənir.
Bu barədə İ.Rəhimovun yaxınları sentyabrın 4–də bildiriblər. Onların sözlərinə görə, İ.Rəhimovun həyatına real təhlükə yaranıb.
«Bizə bugün, sentyabrın 4-də istintaq təcridxanasından dedilər ki, İkramın sağlıq dururmu kritik həddə çatıb, böyrəklər funksiyasını yerinə yetirmir, başqa orqanların da fəaliyyəti pozulub. Onun həyatına real təhlükə yaranıb», – ailə üzvləri belə söyləyiblər
Bu açıqlamaya, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
Azadlıq Radiosu[:]