[:az]”Gəncə məhbuslarının” valideynlərinin Prezident Administrasiyası qarşısında aksiyası[:]

tərəfindən Gozetci

[:az]Sentyabrın 4-də “Gəncə məhbuslarının” valideynləri növbəti etiraz aksiyası keçirərək, Prezident Administrasiyasına doğru yürüş ediblər.

“Övladlarımız kimlərinsə siyasi oyunlarının qurbanı olublar. Haraya müraciət etsək, bizi hər yerdən qovurlar”, deyə aksiya iştirakçılarından biri bildirib.

Aksiyanın digər iştirakçısı 10 iyul 2018-ci il Gəncə hadisələrini “tamaşa” adlandırıb.

“Bu hadisələr zamanı Gəncədə hörmət olunan iki polis zabiti öldürülüb. Günahı bizim uşaqlarımızın üstünə atmaq yox, onların qətlinin sifarişçilərini axtarmaq lazımdır”, deyə o bildirib.

Valideynlər həmçinin sosial şəbəkələrdə onlarla bağlı təhqiramiz nəşrləri pisləyiblər.

Polis iyirmi aksiya iştirakçısının administrasiya binasına yaxınlaşmasına imkan verməyib, onları yaxınlıqdakı parkın ərazisindən uzaqlaşdırıb.

* 2018-ci il iyulun 3-də Gəncədə şəhərin o vaxtki icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib.

Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb. Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na

Gəncə administrasiyası qarşısında Vəliyevə qarşı etiraz aksiyası təyin edilib. Elə həmin gün DİN Gəncədə

iğtişaşlar olduğu, iki polis əməkdaşının öldürüldüyü barədə məlumat yayıb. Bunun ardınca dindarlar və

digər şəxslər arasında kütləvi həbslər aparılmağa başlayıb.

2019-cu il iyulun 31-də baş prokuror Zakir Qaralov idarədə keçirilən müşavirədə bildirib ki, E.Vəliyevə sui-qəsdlə bağlı mütəşəkkil cinayətkar qrupun 29 üzvü cinayət məsuliyyətinə cəlb edilib, 11 nəfər barəsində isə beynəlxalq axtarış elan edilib.

10 iyul hadisələri ilə bağlı 60 nəfər barəsində 8 cinayət işi üzrə istintaq yekunlaşıb və işlər

məhkəmələrə göndərilib. Təqsirləndirilən şəxslər müxtəlif müddətli həbs cəzalarına məhkum edilib.

Sonradan Apellyasiya Məhkəməsi işin altı fiqurantını azad edib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az