[:az]İyulun 29-da həbsdə olan Müsavat Partiyasının üzvü Azad Həsənovun azadlığa buraxılması tələbi ilə keçirilən aksiya zamanı saxlanan Elman Quliyevə 30 stka inzibati həbs cəzası verilib.
O, İnzibati Xətalar Məcəlləsinin ( İXM) 535.1 maddəsi ilə (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) günahlandırılıb.
Bu barədə Turana məlumat verən vəkil Osman Kazımovun sözlərinə görə, E. Quliyevin müdafiə hüquqları pozulub:
“Nəsimi Rayon Məhkəməsinə aparılarkən onunla əlaqə saxladıq və məhkəmədə onun müdafiəsinə qoşulmamı istədi”.
Osman Kazımovun sözlərinə görə, lakin günün sonu olduğuna görə o, E.Quliyevin müdafiəsinə dair müqavilə bağlaya bilməyib:
“Belə olan halda məhkəmə prosesi təxirə salınmalı idi və inzibati xətanın törədilməsində şübhəli bilinən şəxsə imkan yaradılmalı idi ki, o istədiyi vəkillə müqavilə bağlasın. Lakin məhkəmə bu imkanı ona yaratmadı və bununla müdafiə hüququnu pozdu”.
E.Quliyevin prosesdə ittihamı qəbul etmədiyi bildirilir.
Vəkilin açıqlamasına, hələlik, Nəsimi Rayon Məhkəməsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Digər saxlanılanlar azad edilib.
Turan[:]