[:az]Bir qrup ictimai fəal aprelin 4-ü 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı sosial şəbəkədə kampaniya başladıb. Fəallar bu barədə press-reliz yayıb. Press-relizdə deyilir ki, intihara səbəb onun şagird yoldaşları tərəfindən dəfələrlə bullinqə (UNICEF-ə görə bullinq uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır) məruz qalması, müxtəlif təhqiramiz ifadələrlə çağrılaraq psixoloji sarsıntı keçirməsi qeyd edilir. “Məktəb rəhbərliyi isə bununla əlaqədar heç bir addım atmayıb.
Hadisənin baş verdiyi gündən bu yana sosial media istifadəçilərinin paylaşdığı fərdi hekayələrdən məlum olur ki, Azərbaycan məktəblərində bullinq geniş yayılmış zorakılıq növüdür. Kampaniya yeni media texnologiyalarının – sosial medianın verdiyi imkanlardan istifadə edərək geniş ictimai maarifləndirmə aparmaq, yaradılmış həştəqlər, tvitlər və facebook postları vasitəsilə hadisədən bixəbər insanları məlumatlandırmaq, bullinqin nə demək olduğu haqqında vizual dəstək və başqa yollardan istifadə edərək müəllim, valideyn və təhsil işçilərini müəyyənləşdirib onları müzakirələrə cəlb etməkdir”.
Həmçinin fəallar qeyd edib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.1-cü maddəsinə uyğun olaraq baş vermiş hadisədə birbaşa məsuliyyət məktəb direktorunun üzərinə düşür.
Kampaniyaya qoşulmaq və hadisələrdən xəbərdar olmaq üçün #BullinqəSonvə #ElinaÜçünSusma həştəqlərindən istifadə edə bilərsiniz.[:]