[:en]The situation with political prisoners in Azerbaijan will be discussed in Strasbourg[:az]Azərbaycanda siyasi məhbusların vəziyyəti Strasburqda müzakirə olunacaq[:]

tərəfindən Gozetci

[:en]On April 9, in the framework of the PACE Spring session, a joint meeting of two committees will be held in Strasbourg – Monitoring and Legal Issues and Human Rights.

The topic of discussion will be the issue of political prisoners in Azerbaijan. The human rights activist Rasul Jafarov, who will be one of the rapporteurs at the meeting, told Turan news agency.

Torhildur Barsdottir (Iceland), the Head of the Committee on Legal Affairs and Human Rights is also the rapporteur on political prisoners.

According to Jafarov, human rights activist Leyla Yunus and leader of the Real party Ilgar Mamedov will also speak at the meeting. There will also be a representative of the official Baku.

“I intend to urge the authorities to demonstrate political will and release the 70 political prisoners remaining in prisons,” said Rasul Jafarov.

 

TURAN[:az]Aprelin 9-da AŞPA-nın yaz sessiyası çərçivəsində iki komitə – Monitorinq və Hüquqi Məsələlər və İnsan Haqları komitələri Strasburqda Azərbaycanda siyasi məhbuslarla bağlı açıq dinləmələr keçirəcəklər. Bu barədə Turan-a dinləmələrdə məruzəçilərdən biri, hüquq müdafiəçisi Rəsul Cəfərov bildirib.

Hüquqi Məsələlər və İnsan Haqları Komitəsinin sədri, İslandiyadan olan deputat Torhildur Sunna həm də Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçidir.

“Dinləmələr siyasi məhbuslar üzrə məruzəçinin məlumatlandırılması və məsələnin ictimai müzakirəsinin təşkili kontekstində keçirilir,”- o qeyd edib.

Rəsul Cəfərov, Sülh və Demokratiya İnstitunun direktoru, hazırda Hollandiyada mühacirətdə olan Leyla Yunus və REAL Partiyasının sədri İlqar Məmmədov (SKYPE vasitəsi ilə) çıxış edəcəklər. Bununla yanaşı, Azərbaycanın rəsmi mövqeyi ilə bağlı Milli Məclisin AŞPA-da daimi nümayəndə heyətinin üzvü çıxış edəcək.

“Bu dinləmələr uzun müddətdir bir problemə çevrilən, ölkənin və cəmiyyətin maraqlarına böyük zərbə olan siyasi məhbus probleminin həlli istiqamətində bəlkə yaxşı bir imkan ola bilər. Mənim əsas çağırışım ondan ibarət olacaq ki, həbsdə qalan 70 nəfər siyasi məhbus da hüquqi mexanizmlərdən istifadə edilərək siyasi iradə nümayiş etdirilərək azadlığa buraxılsın,” – R.Cəfərov qeyd edib.

 

TURAN[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az