[:az]“Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı siyasi fəallara və LGBT nümayəndələrinə qarşı yeni təqib dalğasını pisləyir.
Təşkilatın Avropa və Avrasiya proqramları üzrə direktor Mark Berendt bildirib ki, “Freedom House” Azərbaycan hökumətini keçmiş siyasi məhbusların təqib edilməsinə ə qorxudulmasına, LGBT nümayəndələrinə qarşı yeni saxlanma dalğasına son qoyulmasına çağırı.
“Bu həbslər prezident İlham Əliyevin əfv sərəncamında öz ifadəsini tapmış xoş məramı heçə endirir və Azərbaycanda müxalifətə, söz azadlığına təzyiqlərin davam etdiyindən xəbər verir”, – o əlavə edib.
Təşkilatın məlumatına görə, son günlər Azərbaycanda onlarla LGBT nümayəndəsi saxlanılıb.
2019-cu il 16 mart əfvi ilə azad edildikdən iki həftə sonra bir neçə keçmiş siyasi məhbus ya dindirilib, ya da saxlanılıb.
Aprelin 1-də Bakıda polis minimum 14 LGBT nümayəndəsini saxlayıb, bunlar əsasən transseksuallardır.
Məlumatlara görə, saxlanılan şəxslər tibbi müayinədən keçməyə məcbur olublar, bir nəfər “xırda xuliqanlıq”da günahlandırılıb, digərləri 30 sutka həbs olunublar və ya cərimə ediliblər. “Minoritar Azərbaycan” – yerli LGBT təşkilatı isə bildirib ki, polis İnternet vasitəsilə “transseksual ovu”na çıxıb.
NİDA Hərəkatının üzvü Bayram Məmmədov əfv edildikdən iki həftə sonra yenidən saxlanılıb və itaətsizlik ittihamı ilə 30 sutka həbs olunub. Apellyasiya şikayətinə baxılması zamanı o bildirib ki, hakimiyyət tərəfindən amansız davranışa məruz qalıb. Üzündə qançır izləri olub. Amnesty International hüquq-müdafiə təşkilatı NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun yenidən həb olunması ilə bağlı etirazını bildirib və onun dərhal azadlığa buraxılmasını tələb edib.
Təşkilat öz tərəfdarlarını prezident İlham Əliyevə və Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova müraciəti imzalamağa çağırıb.
Müraciətdə məhbuslara qarşı işgəncələrə və onlarla pis rəftara son qoyulmasına çağırılır. Belə ki, aprelin 2-də Apelyasiya Məhkəməsində Bayram Məmmədov bildirib ki, işgəncələrə məruz qalıb.
Eyni zamanda, mart ayında imzalanan əfv sərəncamı ilə azadlığa buraxılan siyasi məhbus və NİDA fəalı Qiyas İbrahimov “profilaktik söhbət” bəhanəsilə polis məntəqəsinə aparılıb. Azadlığa buraxılan şəxslərdən bir neçəsi bildirib ki, onları da eyni bəhanə ilə polisə çağırırlar.
MEYDAN TV[:]