[:en]Hearings on Case of Journalists Postponed Due to Absence of Witness[:az]Jurnalistin məhkməsinə şahid gəlməyib[:]

tərəfindən Gozetci

[:en]In the Baku Court of Grave Crimes, a meeting on the case of the chief editor of the Criminal.az website Anar Mammadov was continued today.

At the trial it was supposed to hear the information of the witness Gulnar Muradova.

However, she did not appear and the judge decided to force her to the next meeting, which is scheduled for February 19.

Lawyer Elchin Sadigov petitioned to bring expert Bakhtiyar Aliyev as an additional witness. He gave the conclusion of the linguistic examination of the alleged “appeals against the state” in Mammadov”s publications.

The lawyer pointed out that there are incomprehensible expressions in the conclusion and there is a need to ask him questions.

The defense believes that the expert did not clarify what the “appeals against the state” were in Mammadov”s publications.

The court granted the petition.

The judge also made a warning to those present in the hall about the inadmissibility of photo and video recording.

He complained that the last time the victims were taken photos and videos which were distributed on the Internet.

Recall that on July 9, 2018, the Prosecutor General”s Office opened a criminal case on the dissemination to the Internet of “false information” and “illegal appeals” in connection with the attempt on the life of the Ganja Chief Executive Elmar Veliyev and the energy blackout in Mingachevir in the summer of 2018.

After that, the prosecutor’s office appealed to the Ministry of Communications to block the websites Bastainfo.com, Criminalaz.com, Topxeber.az and Fia.az.

Then Mammadov was charged under the Criminal Code articles: 281.2 (appeals against the state), 309.2 (abuse of office) and 313 (official forgery) of the Criminal Code, which he rejects.

Turan[:az]Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə criminal.az saytının redaktoru Anar Məmmədovun işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Şahid Gülnar Muradova növbəti dəfə prosesə gəlmədiyi üçün onun barəsində məcburi gətirmə qərarı qəbul olunub.

Vəkili Elçin Sadıqov ekspert Bəxtiyar Əliyevin əlavə şahid kimi məhkəmədə ifadə verməsi barədə vəsatət qaldırıb. Vəkil hesab edir ki, onun verdiyi ekspert rəyində anlaşılmayan ifadələr var. Hakim vəsatəti təmin edib.

Hakim Eldar Mikayılov məhkəmə zalında olanlara foto və video çəkilişlərin aparılması üçün icazə verilmədiyini xatırladaraq xəbərddarlıq edib. Belə ki, ötən iclasda zərəçəkmişlərin fotoları çəkilərək sosial şəbəkələrdə yayılıb.

Məhkəmənin növbəti iclası fevralın 19-na təyin edilib..

2018-ci il iyulun 9-da Baş Prokurorluq internetdə həmin ilin yayında Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə enerji böhranı ilə bağlı “yalan məlumatların” və “qanunsuz çağırışların” yayılması haqqında cinayət işi açıb.

Bundan sonra prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az saytlarının bloklanması üçün Rabitə Nazirliyinə müraciət edib.

Sonradan Məmmədova qarşı CM-in 281.1 (dövlət əleyhinə çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Ittiham sübut olunarsa jurnalisti 7 ildən çox həbs gözləyir.

Anar Məmmədov ittihamları qəbul etmir.

“Nə dövlət əleyhinə çağırışlarda iştirak etmişəm, nə də vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərini aşma hesab olunacaq əməl törətmişəm. Yazdığım, eyni zamanda başqa saytlara istinadla yaydığım məqalələrdə ittihamda deyildiyi kimi hakimiyyətin zorla ələ keçirilməsinə və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, dövlət əleyhinə açıq çağırışlarla, habelə dövləti və dövlət hakimiyyət orqanlarını nüfuzdan və dövlətin apardığı siyasətə kölgə salmağa yönələn və ya dövlət hakimiyyəti orqanlarına təzyiq göstərmək məqsədim olmayıb. Sadəcə çoxsaylı digər mənbələrdən əldə etdiyim informasiyalar əsasında gələcəkdə mümkün olan hadisələrin təhlilini dərc etmişəm.”

O hesab edir ki, vəzifə saxtakarlığı və vəzifədən sui-istifadə etmə ittihamları da əsassızdır və bu, ifadə azadlığına müdaxilə sayılmalıdır.

“İttiham edilməyimin kökündə duran əsl səbəb bütövlükdə jurnalistika fəaliyyətimdir, çünki korrupsiyanı, vətəndaşların hüquqlarının pozulmasını kəskin tənqid edən məqalələr dərc etmişəm. Bu gün mənim statusum təqsirləndirilən şəxs olsa da əminəm ki, vaxt gələcək mənə qarşı qanunsuzluq özü araşdırma predmeti olacaq”, Məmmədov bundan öncəki məhkəmə iclasındakı sərbəst ifadəsində bildirib.

O deyib ki, məhkəmə qarşısında dayanması peşəsinə sadiq qalıb obyektivlikdən kənar çıxmadığına görədir.

Amerikanın Səsi[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az