85
[:az]Mayın 8-də Azərbaycan Respublikası Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) qarşısında 100-ə yaxın şikayətçi toplanıb.
Onları iclas zalına müzakirə üçün toplasalar da, media nümayəndələrinin içəri girişinə qadağa qoyulub.
Ümumiyyətlə, 100-ə yaxın şikayətçiyə hələ də konkret bir cavab verilməyib.
MİDA-nın mətbuat katibi Diana Dadaşova isə Toplum.Tv-yə heç bir halda medianın içəri girməsinə, hətta çəkiliş aparmasına icazə verilməyəcəyini bildirib.
Həmçinin agentliyin qarşısında polis nəzarəti gücləndirilib.
Şikayətçilərə isə mediaya danışdıqları təqdirdə onların işinə baxılmayacağı bildirilib[:]