[:az]“Mayın 9-da günorta saatlarından AXCP fəalı Seyid Mirfeyzullanı ailəsi və partiya fəalları axtarır. Onun barəsində yalnız mayın 10-da səhər saatlarına xəbər ala bilmişik. Seyid Mirfeyzulla Bakının Nərimanov Rayon Polis İdarəsinin saxlanma yerindədir. Oradan ailəsinə zəng edərək dərmanlarını gətirmələrini xahiş ediblər”, – Bu barədə Turan-a AXCP-dən bildiriblər.
“Seyid Mirfeyzulla dializ xəstəsidir və bundan əvvəl də bir necə dəfə hədələndiyini, hətta bir dəfə “Bandotdel”ə (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-red.) aparılb bir gecə orda saxlanılıb. Hətta ona demişdilər ki, bir daha buralara yolun düşsə, belə asanlıqla canını qurtara bilməyəcəksən”, -AXCP-nin məlumatında deyilir.
Rəsmi qurumlar fəalın saxlanılmasının səbəbi barədə hələ məlumat yaymayıblar.[:]