[:az]Cəbhəçi gənc haqqında həbs qərarı verildi[:]

tərəfindən Gozetci

[:az]OrxanƏli Kərimli: ”Orxan Baxışlını Elmar Hüseynovun qəbri üstündə etdiyi bu çıxışa görə şərləyib həbs ediblər”

Mayın 8-də Yasamal Rayon Məhkəməsində AXCP Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlı barəsində həbs-qətimkan tədbiri seçilib.

Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma və ya saxlama) maddəsi ilə ittiham olunan cəbhəçi gənc barəsində istintaq dövrü üçün həbs-qətimkan tədbirinin müddəti 4 ay müəyyənləşdirilib.

AXCP mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, O.Baxışlı mayın 6-da Elmlər Akademiyasının qarşısındakı bağdan mülki geyimlilər tərəfindən aparılıb. Onun harada və niyə saxlanması barədə yaxınlarına heç bir məlumat verilməyib. Bir gün sonra onun Yasamal Rayon Polis İdarəsində saxlandığı məlum olub.

AXCP sədri Əli Kərimli O.Baxışlıya qarşı narkotik ittihamının əsassız olduğunu bildirib. Partiya rəhbərinin sözlərinə görə, cəbhəçi gənc mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günü münasibətilə mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə şərlənərək cəzalandırılıb:

“Orxan Baxışlını 6 gün öncə Elmar Hüseynovun qəbri üstündə etdiyi bu çıxışa görə şərləyib həbs ediblər”.

O.Baxışlı həmin çıxışında E.Hüseynovun hazırlı iqtidar tərəfindən qətlə yetirildiyini bildirmişdi.

O.Baxışlının ittiham olunduğu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az