[:az]Ali Məhkəmədən Elçin İsmayıla bəraət istənilir[:]

tərəfindən Gozetci

[:az]Bir sıra media orqanları ilə əməkdaşlıq edən və iki il əvvəl həbs olunan Elçin İsmayılın işi ilə əlaqədar Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Bu haqda AzadlıqRadiosuna onun vəkili Elçin Sadıqov bildirib.

Ali Məhkəmədən ona bəraət verilməsi istənilir.

Vəkil deyir ki, şikayətlərinə ədalətli baxılarsa, belə qərar verilməsi tamamilə gözləniləndir.

İsmayıllıda yaşayan, bir sıra media orqanları ilə əməkdaşlıq edən Elçin İsmayıl 2017-ci il fevralın 17-si həbs olunub. O, İsmayıllı rayonunda vəzifəli şəxslərdən, barələrində rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə və rüşvət almaqda ittiham olunub.

Elçin İsmayıl özünü təqsirli bilmir. Saxlanılarkən üstündə olan 1000 manatı borc aldığını deyir.

Ötən il sentyabrın 18-də Şəki Ağır Cinayətlər Məhkəməsində Rəşid Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası İsmayılı 9 il azadlıqdan məhrum edib. İsmayıla həmçinin, 3 il müddətində müəyyən vəzifə tutmaq qadağan olunub.

Elçin İsmayılın vəkilləri hökmün əsassız olduğunu, ittihamın məhkəmədə sübuta yetirilmədiyini deyirlər.

Şəki Apellyasiya Məhkəməsi aşağı məhkəmənin hökmünü olduğu kimi qüvvədə saxlayıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az