[:az]İntihar xəbəri yayılan Nardaran məhbusunun atası: ‘Rəhbərlik məni əmin elədi ki…'[:]

tərəfindən Gozetci

[:az]İntihara cəhd etməsi barədə xəbər yayılan «Nardaran məhbusu» Sahil Rzalının atası Xalid Rzayev martın 30-da Penitensiar Xidmətin rəhbərliyi ilə görüşüb. Bu barədə AzadlıqRadiosuna məlumat verən X.Rzayev konkret hansı vəzifəli şəxslə görüşdüyünü açıqlamaq istəməsə də, görüşdən razı qaldığını deyir.

«Belə məsləhət oldu ki, ad çəkməyim. Rəhbərliklə görüşdüm, məni çox yaxşı qəbul elədilər, dinlədilər. Oğlumun həyatı ilə bağlı narahatlığımı çatdırdım. Ərizəmi aldılar. Əmin elədilər ki, iki gün ərzində məsələni araşdırıb, hansısa problem varsa, yoluna qoyacaqlar. Mən də onlara inanıram», – X.Rzayev bildirib.

«Müsəlman Birliyi» Hərəkatının üzvü olan S.Rzalı 5 noyabr 2015-ci ildə təşkilatın sədr müavini Elçin Qasımovun həbsi ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsinin qarşısındakı etiraz aksiyasında iştiraka görə həbs olunub. O, Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə 6 il 5 ay azadlıqdan məhrum edilib.

Martın 29-da onun saxlandığı 15 Saylı Cəzaçəkmə Müəssisəsində intihara cəhd etməsi xəbəri yayılıb. Atası xəbəri dəqiqləşdirməkdən ötrü müəssisəyə gedib oğlu ilə görüşmək istəsə də, ona S.Rzalının qaydaları pozduğuna görə cərimə kamerasına salındığı bildirilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov intihar cəhdi xəbərini təkzib edib.

S.Rzalı 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin öldüyü əməliyyatda həbs olunan şəxslərin məhkəməsində də şahid kimi dindirilmişdi. Bildirmişdi ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona Taleh Bağırovun əleyhinə yazılmış ifadəyə imza atması üçün işgəncə verilib, dırnaqları çıxarılıb.

İdarənin əməkdaşları isə orada saxlanılan şəxslərə, şahidlərə işgəncə verilməsi barədə iddiaları rədd edirlər.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az