[:az]KXCP fəalına inzibati cəza verilib[:]

tərəfindən Gozetci

[:az]Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KXCP) fəalı Hüseyn Həsənlinin həbs edildiyi bildirilir. Bu haqda Turan-a KXCP-dən məlumat verilib.

Məlumata görə, partiyanın Nərimanov rayon şöbəsinin üzvü Hüseyn Həsənli yanvarın 27-də axşam saatlarında polis tərəfindən saxlanılıb.

“Hüseyn Həsənli Facebook-da, sosial şəbəkələrdə fəal idi. Həmin gün hansı səbəbdən saxlanması haqda məlumat verilmədi. Harada olması barədə də məlumat ala bilmədik. Yalnız bu gün, yanvarın 30-da məlum olub ki, H.Həsənli inzibati qaydada həbs edilib”, – məlumatda deyilir.

Partiyadan bildiriblər ki, yanvarın 28-də Nərimanov Rayon Məhkəməsi onun barəsində 30 sutka inzibati həbs qərarı çıxarıb və buna səbəb kimi H.Həsənlinin polisi söydüyü göstərilir.

Partiya təmsilçiləri H.Həsənliyə qarşı ittihamı absurd sayırlar. H.Həsənlinin ailəsi ilə məsləhətləşmədən sonra qərardan şikayət verilib-verilməməsinə aydınlıq gətiriləcək.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az