[:az]Arif Hacılı hücuma məruz qaldıqlarını deyir[:]

tərəfindən Gozetci

[:az]Cəlilabad rayonunda Müsavat Partiyasının üzvlərinə və başqan Arif Hacılıya hücum olduğu bildirilir.

Bu barədə AzadlıqRadiosuna Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, oktyabrın 5-də rayondakı partiya üzvləri ilə görüş zamanı 20-yə yaxın polis və mülki şəxs toplantı keçirilən yerə gəlib:

“Onlar bizdən toplantını dayandırmasını və otaqdan çıxmağımızı tələb etdilər. Müsavatçılar çıxmaq istəmədilər, mən də polislərin nəzərinə çatdırdım ki, onların partiyaya aid olan tədbiri bu şəkildə dayandırmaq səlahiyyətləri yoxdur. Lakin polis qarşıdurmaya getdi. Bir neçə Cəlilabad müsavatçısı saxlandı. Sonra məlum oldu ki, mənimlə görüşə gələn Masallı müsavatçılarından da polis şöbəsinə aparılan olub”.

A. Hacılının vurğulamasına görə, Cəlilabad şəhərində avtomobillə hərəkət edərkən onların üstünə avtomobil sürüblər:

“Qırmızı rəngli “Mazda” markalı avtomobildən olduğumuz avtomobilə dəfələrlə yumurta atdılar. Pəncərələrdən hədə-qorxu ilə dolu ifadələr səsləndirdilər. İndi Cəlilabaddan çıxmışıq, Bakıya tərəf gəlirik”.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az