[:az]Hüseyn Abdullayevin anası: ‘Bizi aldatdılar'[:]

tərəfindən Gozetci

[:az]Keçmiş deputat Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva və onlarla birlikdə mühakimə olunan daha 7 nəfərin işi ilə bağlı məhkəmə istintaqı aylar öncə yekunlaşıb. Prokuror çıxış edib, onlara cəza istəməlidir. Hər dəfə məhkəmə iclası təyin edilir, amma keçirilmir.

Sentyabrın 4-də də belə olub. Məlum olub ki, sabiq deputatı məhkəməyə gətirməyiblər.

Z.Abdullayeva oğlunun gətirilməməsinə etiraz edib. Ağlayaraq narazılığını bildirən Z.Abdullayeva oğlunu görməkdən ötrü özünün də həbs olunmasını istəyib: «Bu qədər qanunsuzluq, bu qədər ədalətsizlik olmaz axı. Bizi hər dəfə çağırıb bura yığırsız. Niyə? Mən hər dəfə oğlumu görmək üçün bura gəlirəm, amma onu gətirmirlər. Açın, məni də bura (məhkəmə zalındakı dəmir qəfəs-red.) salın…».

Bu iş üzrə təqsirləndirilən dörd nəfər həbsdədir, qalan beş nəfərin haqqında isə ev dustaqlığı və başqa qətimkan tədbirləri seçilib. H.Abdullayevlə yanaşı, həbsdəki digər təqsirləndirilənlər də gətirilməyib.

Sabiq deputatın anası deyir ki, oğlunun heç bir günahı yoxdur: «Nə olubsa, mənlikdir. Mən oğlumu görməsəm, gedən deyiləm. Bizi aldatdılar, bizdən istifadə etdilər…».

Məhkəmə sentyabrın 19-na təyin edilib.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az