[:az]Penitensiar Xidmət İ.Rəhimovun aclığı davam etdirdiyini təsdiq edir[:]

tərəfindən Gozetci

[:az]1 saylı İstintaq Təcridxanasının Tibbi Sanitar hissəsində olan realliq.info saytının redaktoru İkram Rəhimov avqustun əvvəllərində başladığı aclığı davam etdirir.

Rəhimovun qohumlarının verdiyi məlumata görə, onlar avqustun 31-də jurnalistə baş çəkiblər. “Vəziyyəti həddindən artıq ağırdır. O, əvvəlki kimi qida qəbul etməkdən imtina edir və məcburi qida verildiyi təqdirdə özünə xəsarət yetirməklə hədələyir”, deyə ailə üzvləri bildiriblər.

Vəziyyəti şərh edən Penitensiar Xidmətin nümayəndəsi Turan agentliyinə bildirib ki, İkram Rəhimov həkim nəzarəti altındadır. “Aclığın dayandırılması məqsədilə ona heç bir təzyiq göstərilmir”, deyə mənbə qeyd edib.

*Rəhimov 2018-ci il oktyabrın 26-da saxlanılıb, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub və həbs edilib.

İyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində Rəhimovun işi üzrə hazırlıq iclası keçirilib. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı, birinci instansiya məhkəməsində verdikləri ifadələr saxtalaşdırıldığına görə şahidlərin və zərərçəkmişlərin yenidən dindirilməsi haqqında vəsatət qaldırıb.

Vəkil həmçinin eyni səbəbdən Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizasının təyin edilməsini xahiş edib. Amma vəsatətlər təmin edilməyib. Etiraz əlaməti olaraq Rəhimov aclığa başlayıb.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az