81
[:az]
Zaqatalanın Əliabad qəsəbəsində 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın intihar etdiyi ilə bağlı məlumatlar paylaşılıb. Məlumata görə, 17 yaşlı qızın meyiti yaşadığı evin həyətindəki tövlədə kəndirlə asıldığı vəziyyətdə tapılıb. Zaqatala rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Gülər İsmayılovanın yaşadığı evin həyətində özünü asaraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri hazırda istintaq yolu ilə araşdırılır. Yayılan məlumatlara görə, ailəsi 17 yaşlı G.İsmayılovanı sevmədiyi birinə zorla ərə vermək istədiyi üçün o intihar edib.
[:]