[:az]Əfqan Muxtarlının məhkəməsi qeyri-müəyyən vaxta qədər təxirə salınıb[:]

tərəfindən Gozetci

[:az]Proses əvvəlcə aprelin 3-nə təyin edilmişdi

Jurnalist Əfqan Muxtarlının Şəki Apelyasiya Məhkəməsində keçirlməsi nəzərdə tutulmuş məhkəməsi qeyri-müəyyən vaxtadək təxirə salınıb. Proses əvvəlcə aprelin 3-nə təyin edilmişdi.

Vəkil Elçin Sadıqov “Amerikanın səsi”-nə deyib ki, martın 2-də Şəki Apelyasiya Məhkəməsində hakim Rəfael Əliyevin sədrliyi ilə Əfqan Muxtarlının apelyasiya şikayəti üzrə məhkəmə baxışı başlayıb. Şikayətdə Balakən rayon Məhkəməsinin jurnalisti 6 il həbsə məhkum edən hökmünə xitam və Əfqan Muxtarlıya bəraət verilməsi istənilir. Məhkəmə baxışı qismən məhkəmə istintaqı ilə keçirilir.

Jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən, yaşadığı evin yaxınlığından yoxa çıxıb və səhərisi gün Azərbaycanda həbs olunduğu deyilib. O, zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etməkdə ittiham olunub.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edib ki, Əfqan Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.

Bu ilin yanvarında o, məhkəmənin hökmü ilə 6 il həbs cəzası alıb.

Əfqan Muxtarlı ittihamları rədd edərək, Gürcüstandan qaçırılmasını və Azərbaycandakı həbsini “siyasi sifariş” adlandırıb[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az