İlhamiz Quliyevin işi üzrə məhkəmə prosesi davam etdirilib

tərəfindən Gozetci

İlhamiz Quliyev

Avqustun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə ictimai fəal İlhamiz Quliyevin işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə şahidlərin dindirilməsi ilə davam etdirilib.

Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, Quliyev ittihamı qəbul etmir, narkotikin polis şöbəsində onun cibinə qoyulduğunu deyib.

Bu gün məhkəmədə şahid qismində tədqiqatçı Nicat Abdullayev ifadə verib. İlhamiz Quliyev narkotiki şahid qismində dindirlən şəxsin onun cibinə qoyduğunu məhkəmə heyətinin diqqətinə çatdırıb. O, bir daha qeyd edib ki, narkotiklə əlaqəsi yoxdur, ittiham uydurmadır, həbs olunan zaman ailəsinə xəbər verilməyib, öz istədiyi vəkillə təmin olunmayıb.

Məhkəmə digər iki şahidin dindirilməsi məqsədi ilə avqustun 22-dək təxirə salınıb.

İlhamiz Quliyev dekabrın 4-də həbs olunub və Cinayət Məcəlləsinin 234.4.3-cü (Kütləvi şəkildə narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur.

Yaxınlarının sözlərinə görə o, saxlanılarkən zorakılığa məruz qalıb. Hüquq müdafiəçilərinin fikrincə, həbsin səbəbi Quliyevin “Abzas Media”ya verdiyi müsahibədir. O, siyasi fəalları təqib etmək üçün polisin “sənədləşdirilməmiş narkotik maddələrdən” istifadə etməsindən danışıb.

Daxili İşlər Nazirliyi ittiham edilən şəxslərin belə iddialarının özünü müdafiə xarakteri daşıdığını bildirir.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az