Nazim Bəydəmirlinin həyat yoldaşı onun səhhətinin pisləşdiyini açıqlayıb

tərəfindən Gozetci

Nazim Bəydəmirli

Keçmiş deputat və iş adamı Nazim Bəydəmirlinin həbsdə olarkən səhhəti pisləşib, bu barədə onun həyat yoldaşı bildirib.

“Nazim Bəydəmirlinin vəziyyətinin günü gündən pisləşməsinə baxmayaraq, onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətimiz təmin edilmir”, – deyə o, Facebook səhifəsində yazıb.

Onun fikrincə, Nazim Bəydəmirlini yavaş-yavaş ölümə məhkum ediblər və bu, dövlət üçün biabırçılığa çevriləcək.

Fəidə Beydəmirli qeyd edir ki, əri 404-cü gündür ki, “günahsız” olaraq həbsdədir.

Nazim Bəydəmirlinin çoxsaylı şikayətlərinə illərdir baxılmamasına baxmayaraq, “savadsız adam”ın ona qarşı əsassız şikayəti əsasında indi bir ildən artıqdır ki, həbsdə saxlanılır.

Fəridə Bəydəmirli Turan-ın müxbiri ilə söhbətində qeyd edib ki, əri bir çox xəstəliklərdən əziyyət çəkir.

“Nazimin ürəyində impulsiv blokada var. O, qan təzyiqindən əziyyət çəkir. Tez-tez başgicəllənmələri olur. Lakin onun müalicəsi təmin edilmir. Mən açıqlama verəndə həkimlər göndərirlər, analizlər aparırlar. Bununla belə, analiz nəticələrinin etibarlılığına şübhə edirik. Nazimin dişlərində problem yaranıb”, – deyə Fəridə Bəydəmirli bildirib.

O, Nazim Bəydəmirlinin aprelin 29-da başlayan məhkəmə prosesinin əsassız olaraq yubanmasını da diqqətə çatdırıb.

* Nazim Bəydəmirli 2023-cü il iyulun 4-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 182.2.4-cü (Əmlakı ələ keçirmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsini pozmaqda təqsirli bilinərək saxlanılıb.

Ertəsi gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Bəydəmirli ittihamı rədd edərək, onu uydurma adlandırıb.

Onun sözlərinə görə, həbsin əsl səbəbi Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin ətraf mühitin çirklənməsinə qarşı etiraz aksiyalarına dəstək verməsidir.

Sentyabrın 1-də Bəydəmirliyə qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, dəfələrlə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Vəkilin sözlərinə görə, bu ittiham Bəydəmirlinin güya 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə pul tələb etməsi ilə bağlıdır.

Hüquq müdafiəçiləri Bəydəmirlini siyasi məhbus kimi tanıyıblar.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az