Jurnalist Osman Nərimanoğlu aclıq elan edib

tərəfindən Gozetci

Osman Nərimanoğlu

Demokratik.az saytının rəhbəri Osman Nərimanoğlu (Rzayev) istintaq təcridxanasında müddətsiz aclıq elan edib. O, qanunsuz həbsinə və hökmdən apellyasiya şikayətinə qeyri-obyektiv baxılmasına etiraz edir.

Onun xanımı Arzu Rzayeva bildirib ki, Osman mayın 12-də Gəncə Şəhər 2 saylı İstintaq Təcridxanasında aclıq elan edib.

Rzayeva deyib ki, həyat yoldaşı məmurların böhtanının qurbanıdır və 23 aydır əsassız həbsdədir.  Gəncə Apellyasiya Məhkəməsi isə obyektiv araşdırma aparmır və bir aydır ki, istintaqı ləngidir.

“Həyat yoldaşım məhkəmənin ədalətinə inamını itirib və ümidsizlikdən aclıq elan edib”, – o deyib.

Apellyasiya Məhkəməsinin bu iş üzrə növbəti iclası mayın 16-na təyin edilib.

Penitensiar Xidmətin ictimai əlaqələr şöbəsindən şərh almaq mümkün olmayıb.

* Osman Nərimanoğlu 5 iyul 2022-ci ildə pul tələb etmək ittihamı ilə həbs edilib. Həbsdən sonra ittihamların yalan olduğunu bildirib və deyib ki, Meliorasiya İdarəsinin məmurları, habelə Goranboy və Göygöl rayonlarının həkimləri (sayt onların korrupsiya əməlləri barədə materiallar dərc edib)  ona böhtan atıblar.

Yanvarın 25-də məhkəmə onu 6,5 il həbs cəzasına məhkum edib. Hüquq müdafiəçiləri Osman Nərimanoğlunu siyasi məhbus kimi tanıyıblar.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az